YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan növbəti ildə Qahirə beynəlxalq kitab sərgisinin fəxri qonağı olacaq

Bu il ölkəmizi 46-cı Qahirə beynəlxalq kitab sərgisində təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) fəaliyyətini uğurla davam etdirir. Ölkəmiz bu beynəlxalq tədbirdə ilk dəfə iştirak etsə də, növbəti ildə sərginin fəxri qonağı qismində təmsil olunacağı qərara alınıb.
Bu məsələ ilə bağlı Misir Kitab Təşkilatı İdarə Heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələri təkliflə çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan Tərcümə Mərkəzi bu il beynəlxalq sərgidə öz ölkəsini uğurla təmsil edib. Stendlərində nümayiş etdirilən kitablardan da görünür ki, ölkələri rəngarəng nəşr nümunələri ilə olduqca zəngindir. Gələn il Azərbaycanın Qahirə beynəlxalq kitab sərgisində fəxri qonaq kimi iştirak etməsini istərdik.
Növbəti ildə tədbirdə fəxri qonaq qismində təmsil olunacaq ölkəmizin nəşrlərini nümayiş etdirmək üçün Azərbaycana 150 kvadratmetrlik pavilyonun verilməsi və 20 nəfər nümayəndə heyətinin bu mötəbər mərasimə qatılması qərara alınıb. Həmçinin, sərgi müddətində hər gün Azərbaycanın dövlətçiliyi, Qarabağ həqiqətləri, ədəbiyyat və mədəniyyətlə bağlı tədbirlərin, məruzə və müzakirələrin keçirilməsi üçün ölkəmizə sərginin fəxri zalının ayrılacağı bildirilib.