YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Yanacağın qiymətinin artması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirləri də gücləndirilir

“Tarif Şurasının qərarına əsasən bu gündən Aİ 92 benzinin və dizel yanacağının qiyməti dəyişsə də, ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, ictimai nəqliyyatda qiymət artımının baş verməməsi üçün ictimai nəqliyyat xidməti göstərən şirkətlərə subsidiya ödəniləcək: “Kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin artmaması üçün isə həmin sahəyə verilən dövlət subsidiyalarına yenidən baxılacaqdır. Əhalinin az təminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300-dən 500 manata, Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 1500-dən 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir”.

Deputat qeyd edib ki, yanacağın qiyməti artanda biz region və dünyadakı vəziyyət ilə ölkəmizi müqayisə edirik: “Düşünürəm ki, bu daxili bazarı qorumaq baxımından düzgün yanaşmadır. 2020-ci ildə dünya bazarlarında benzinin qiyməti 14% artıb. Azərbaycanda isə benzinin qiymətində axırıncı artım 2017-ci ildə, dizel yanacağında 2013-cü ildə olub. Qonşu ölkələrdə isə benzinin və dizel yanacağının qiymətinin 2020-cil ildə də müəyən qədər artaraq baha olması bu məhsulların qeyri-qanuni yollarla ölkəmizdən çıxarılmasını artırmışdı. Bu da müəyyən vaxtdan sonra daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarardı. Bu baxımdan Tarif Şurasının qərarı başa düşüləndir”.