YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevi təbrik edib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Təbrikdə deyilir: “Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.

Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm”.