YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çavuşoğlu: Rusiya ilə Qarabağ məsələsini və atəşkəsə nəzarət mərkəzinin fəaliyyətini müzakirə edəcəyik

Bizim Rusiya ilə bir çox sahədə əməkdaşlığımız mövcuddur.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri ərəfəsində deyib.

O bildirib ki, sabah Soçidə Türkiyə-Rusiya Birgə Strateji Planlama Qrupunun iclasında Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq:

"Regional məsələlərdə fərqli tərəflərdə olsaq belə, Rusiya ilə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, amma Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir. Biz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik. Atəşkəsə nəzarət mərkəzinin vəzifəsi və fəaliyyəti barədə müzakirələr olacaq. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır. Bu məsələdə də gələcəyə yönəlik addımları müzakirə edəcəyik".

Qeyd edək ki, Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.