YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Geni dəyişdirilmiş məhsulların ölkəyə gətirənlər üçün cərimələrin tətbiqi qanunvericilikdə öz əksini tapıb

«Azərbaycanda qəbul olunan bir sıra qanunlarda geni dəyişdirilmiş məhsulların, onların toxumlarının, ölkəyə daxil olmasına qadağa qoyulub». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E. İbrahimov bildirib ki, bu  qadağaya baxmayaraq geni dəyişdirilmiş məhsulların ölkəmizə gətirilməsi halları  hələ də var. Onun sözlərinə görə, bu məhsullar ölkəyə gətirilsə belə insanlarımız onları almamalıdır.

«Geni dəyişdirilmiş məhsulların ölkəyə gətirənlər üçün cərimələrin tətbiqi qanunvericilikdə öz əksini tapıb. Sevindirici haldır ki, artıq insanlarımız geni dəyişdirilmiş məhsulların insan orqanizmin mənfi təsirini başa düşürlər. Təbii ki, maarifləndirmə prosesinin rolu əhəmiyyətlidir. Ona görə də, bu yöndə maarifləndirmə işi davam etməlidir»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv