YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevi təbrik edib

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Sizə doğum gününüz münasibətilə səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram. Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.

Azərbaycanın regionun sabitliyinə ən böyük təhdidlərdən birini uğurla geridə qoyduğu bu dönəmdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmaq və tərəqqi əldə etmək üçün Sizinlə işləməyə hazırıq”.