YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Türkiyə regionun böyük dövlətlərindən biridir və proseslərə təsir imkanları var

«Türkiyə regionun böyük dövlətlərindən biridir və proseslərə təsir imkanları var». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu ölkə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

«Amma məsələ burasındadır ki, rəsmi Ankaranın işğalçı ölkə ilə diplomatik əlaqələri yoxdur. Buna görə də, onun vasitəçilik təşəbbüsü yəqin ki, Ermənistan tərəfindən qəbul olunmayacaq. ümumiyyətlə vasitəçilikdən söhbət gedə bilməz. Bu mənada hesab edirəm ki, Türkiyənin Azərbaycanın tərəfində olması kifayətdir. Yəni, Azərbaycan rəsmi Ankaranın mütəffiqidir, amma Ermənistanla heç bir diplomatik münasibətləri, əlaqələri yoxdur. Ancaq ATƏT-in Minsk qrupunun üzvü və regionun nüfuzlu dövləti kimi Türkiyə Rusiya, ABŞ, Fransa ilə dialoqda olaraq, eləcə də  NATO strukturlarından istifadə edərək münaqişənin həllinə təbii ki, müsbət təsir göstərə bilər»- deyə, R.Musabəyov qeyd edib.