YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Eyvazov: Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanıb

Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar müdafiə naziri tərəfindən müvafiq əmr imzalanıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov dekabrın 25-də keçirilən brifinqdə məlumat verib.

Anar Eyvazov deyib ki, əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular bu gündən - dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər. Hərbi qulluqçular yaş hədləri nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun qaydada tərxis olunacaqlar.

Mətbuat katibi bildirib ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyənləşdirilmiş artım əmsalları tətbiq olunmaqla təyin edildikləri vəzifələrə uyğun vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin edilmiş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.

A.Eyvazov tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəyini bildirib.