YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Prezident İlham Əliyevin diplomatik istedadı Azərbaycanın dünyada nüfuzunun ciddi şəkildə artmasına imkan verdi

Müasir müstəqil, güclü Azərbaycanı iki ad olmadan təsəvvür etmək olmaz - Heydər Əliyev və İlham Əliyev. Problemli 1990-cı illərdə ölkəni xilas edən Heydər Əliyevin böyük qəhrəmanlığı və daha sonra İlham Heydər oğlunun idarəetmə istedadı və uzaqgörənliyi Azərbaycanın bu gün dünya arenasında belə əhəmiyyətli rol oynamasına imkan verdi.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

O, tarixi baxımdan çox qısa bir müddətdə respublikanın təsirli iqtisadi artım templərinə, vətəndaşların sosial təminatına və yüksək dövlət sabitliyinə nail olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində iqtisadiyyat uğurla müasirləşdirilib və bu gün Azərbaycan təkcə neft ixracatçısı deyil, həm də mühüm beynəlxalq nəqliyyat mərkəzidir. Azərbaycanın idmanın, mədəni və dini tolerantlığın inkişafına qlobal töhfəsi danılmazdır. Bütün bunlar, eləcə də Prezident İlham Əliyevin diplomatik sahədəki istedadı Azərbaycanın dünya siyasi arenasında nüfuzunun ciddi şəkildə artmasına imkan verdi. Əlbəttə ki, bu ilin əsas hadisəsi – ölkənin ərazi bütövlüyünün bərpasından yan keçmək olmaz. Prezident İlham Əliyev ölkəsinə əcdadlarının şərəfini, şöhrətini və torpaqlarını qaytaran dövlət xadimi kimi tarixə düşdü. Ayrıca olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti Rusiya ilə qardaşlıq əlaqələrinin inkişafına və möhkəmlənməsinə böyük diqqət yetirir. Ölkələrimizin bütün sahələrdə strateji tərəfdaşlığı çox uğurludur və daha da parlaq perspektivlər vəd edir, çünki xalqlarımızı tarixən yalnız ümumi sərhədlər deyil, həm də dil və mədəniyyət bağlayır.

Deputat Prezident İlham Əliyevə Azərbaycan xalqının rifahı naminə düşünülmüş hər şeyi həyata keçirmək və Rusiya ilə dostluğu möhkəmləndirmək üçün tükənməz enerji arzulayıb.