YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Prezident İlham Əliyevə telefonla zəng edib

Dekabrın 24-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

DİGƏR Xəbərlər Arxiv