YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında onlayn elmi-praktiki konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında onlayn elmi-praktiki konfrans keçirilib.

Onlayn elmi-praktiki konfransda Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin, dövlətçiliyimizin müasir uğurları və inkişaf prespektivləri, 8 noyabr Zəfər günü ilə bağlı mövzular müzakirə edilib.

Tədbirdə  Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və gənc fəallar iştirak edib.

Tədbiri giriş nitqi ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov “Prezident İlham Əliyevin fəaliyyəti: Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı” mövzusunda çıxış edib.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyəti, güclü və müasir ordu quruculuğu, Vətən Müharibəsində böyük zəfər qazanılması və ölkəmizin ərazi bütovlüyünün təmin edilməsi ilə bağlı öz fikirlərini bildirib.

Daha sonra  Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov Azərbaycanın dövlət maraqlarının yüksək səviyyədə qorunması, vətəndaşların sosial problemlərinin həllinin priorotetliyi və şanlı tarix yazmış görkəmli dövlət xadimi Prezident İlham Əliyevin fəaliyyəti haqqında geniş nitq ilə çıxış ediblər.

Sonda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə doğum günü münasibətilə Xəzər rayon ictimaiyyəti adından təbrik məktubunun göndərilməsi qərara alınıb.

DİGƏR Xəbərlər Arxiv