YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni - Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.

Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşım, Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzulayıram”.