YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın böyük Qələbəsinə kölgə salmaq cəhdləri baş tutmayacaq

44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması, işğal altında olan torpaqlarımızın tam azad edilməsi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu reallıq həm də respublikamız qarşısında yeni perspektivlər açdı.

İşğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılması, təhlükəsizliyin təmin edilməsi diqqət mərkəzindədir

 İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri aparılması isə Azərbaycanın inkişafında yeni mərhələyə təkan verəcək. Həmin ərazilərdə təhlükəsizliyin təmin olunması da xüsusi diqqət mərkəzindədir və bu istiqamətdə müvafiq addımlar atılır.

Yeri gəlmişkən, son vaxtlar bəzi intenet saytlarında, sosial şəbəkələrdə ermənilərin Xankəndində evlərini satışa çıxarmaları, azərbaycanlılarının bu mənzilləri almalarının vacibliyi məsələsi müzakirəyə çıxarılır. Hesab edirəm ki, bu məsələ ətrafında özəl müzakirə açmağın xüsusi əhəmiyyəti yoxdur. Ona görə ki, Xankəndi də respublikamızın ərazisidir və Azərbaycan vətəndaşları bütün bölgələrimizdə mənzil almaq və yaşamaq hüququna malikdirlər.

Mətbuat nümayəndələri yüksək vətənpərvərlik nümayiş etdirdilər

Vacib bir məqamı da qeyd etmək istərdim. İstər Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələdə Azərbaycan mətbuatı öz peşəkarlığı, vətənpərvərliyi ilə fərqləndi. Media nümayəndələri həm Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar, həm də erməni yalanlarını ifşa etdilər. Onlar, eyni zamanda, xaricdə Azərbayacana qarşı aparılan qarayaxma kampaniyasına layiqli cavab verdilər, informasiya müharibəsində fəallıq göstərdilər. Bu, dövlətimizin maraqlarının qorunması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Qələbəmizə kölgə salmaq istəyənlər erməni lobbisinin sifarişlərini yerinə yetirirlər

Toxunmaq istədiyim digər məsələ son günlər “sapı özümüzdən olan balta”ların sosial şəbəkələrdə çirkin təbliğat aparmalarıdır. İnkaredilməz həqiqətdir ki, Vətənini sevən hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsini böyük qürur və sevinclə qarşılayır. Amma vaxtilə torpaqlarımızın işğal altına düşməsinə səbəb olan bir qrup antimilli ünsür böyük qələbənin üzərinə kölgə salmaq, insanları yanıltmaq, xalqı aldatmaq üçün canfəşanlıq göstərir. Xalqa xəyanət yuvasına çevrilmiş antimilli şura adlanan satqınlar klubunu təmsilçiləri ermənilərin tezislərini təkrarlayırlar. Erməni mənşəli olan və erməyi çörəyi yeyən belələri, sözsüz ki, elə erməni lobbisinin sifarişlərini yerinə yetirirlər.

Əlbəttə, onların bu cəhdləri yenə də iflasa uğrayacaq, antimilli ünsürlər məkrli niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var. Xalqımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, tarixi qələbəmizi çox yüksək qiymətləndirir.     

Siyavuş  Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü