YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Ermənistan rəhbərliyinin hərəkətləri Azərbaycanı cavab tədbirləri görməyə təhrik etməyə yönəlmişdi

Ermənistanın indiki rəhbərliyi daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdı. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi.

Bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.

“Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi. Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır”, - deyə dövlətimizin başçısı bildirib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha bir bəyanatını da diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü”.