YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

“Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Ramil Həsən bildirib ki, cənab Ərdoğanın səfəri zamanı iki ölkə arasında imzalanan sənədlər və dövlət başçılarının mətbuat üçün açıqlamalarında səsləndirdikləri fikirlərlə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi.

Millət vəkilinin sözlərinə görə, əzəmətli Zəfər paradından sonra regiona səfər edən ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin diqqətinə də Azərbaycanın regionda yaratdığı yeni reallıqlar çatdırıldı: “Əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin indiki məqamda regiona səfərləri elə də önəm daşımır. Prezident İlham Əliyevin onlarla görüşdə xüsusi vurğuladığı kimi, rəsmi Bakı onları dəvət etməyib, onlar sırf öz təşəbbüsləri ilə gəliblər. Çünki 30 ilə yaxındır fəaliyyət göstərməsinə rəğmən, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Münaqişəni Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun dəmir yumruğu həll etdi. Bu da ATƏT-in Minsk qrupunun lazımsız bir qurum olduğunu göstərdi. Əslində, həmsədrlər Ermənistanı heç vaxt işğalçı adlandırmayıb, onu işğal etdiyi torpaqlarımızdan çıxmağa məcbur etməyib. Həmsədrlər daha çox bir birinin təkrarı olan bəyanatlar səsləndirməklə kifayətləniblər. Onlardan fərqli olaraq Türkiyə hər zaman ədalətli mövqeyimizi dəstəkləyib və qələbəmizin əldə olunmasında bu amil mühüm rol oynadı”.

DİGƏR Xəbərlər Arxiv