YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif olunub

Dekabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir.

Bundan başqa, 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir.

Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərlə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.