YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycanı dəstəkləməkdə davam edəcəyik

Türkiyə və Rusiya arasında imzalanan anlaşma çərçivəsində atəşkəsi müşahidə etmək və qorumaq üçün təsis ediləcək Ortaq Müşahidə Mərkəzinin ən qısa vaxta fəaliyyətə başlaması üçün müzakirələrimiz Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə koordinasiyalı şəkildə davam etməkdədir.

Bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik açıqlmasında yer alıb.

Açılmada vurğulanır ki, Ermənistanın işğalından xilas edilən bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstək vermək məqsədilə Türkiyənin ÖMAT hərbi birliyi (Özel Mayın Arama Temizleme) ərazilərin partlayıcılardan təmizlənməsində iştirak etməkdədir.

Qeyd edilir ki, Türkiyə “Bir millət, iki dövlət!” anlayışı ilə bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarının yanında olmağa davam edəcək.