YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilmişdir

YAP Şabran rayon təşkilatında  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilmişdir. 

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.

Konfransda YAP Şabran rayon təşkilatının sədri Mehdi  Balabəyov

 Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Mehdi  Balabəyov Ümummilli Lider Heydər Əliyevin  dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərinin olduğunu bildirmiş və qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Videokonfransda çıxış edənlər Ulu Öndərimizin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər.