YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasında siyasi və kadr islahatları” mövzusunda növbəti kursu keçirilib

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasında siyasi və kadr islahatları” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.

Tədbirdə əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.

Sonra YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə məruzəçi qismində çıxış edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar kursunun davam etdiyini deyən A.Mirzəzadə bildirib ki, ötən illər ərzində bu islahatlar ciddi nəticələr verməkdədir. O, islahatlarn əhəmiyyətindən və nəticələrindən danışaraq onun ölkəmizin inkişafında mühüm amil olduğunu diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, bu islahatlar dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artması və digər amillər baxımından önəmlidir.

Daha sonra kursda iştirakçıların sualları cavablandırılıb.