YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib

YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda videokonfrans keçirib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Konfransı YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Natiq Ulu Öndərin Azərbaycana siyasi hakimiyyətə qayıdışı, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün gördüyü işlər barədə fikirlərini bildirib. Qeyd edib ki, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunun uğurlu davam etdirməsi möhtəşəm qələbəmizə gətirib çıxardı.

Konfransda YAP Ağcabədi rayon təşkilatının Şura üzvü İbrahim Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini Mahir Səlimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətləri barədə öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.