YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Manlio Di Stefano: İtaliya üçtərəfli bəyanatdakı müddəaların icrasına yardım etməyə hazırdır

Bu gün Azərbaycanda olmağımdan şərəf hissi duyuram. Səfərim cəmi 24 saatlıq olsa da, onu tam şəkildə təşkil etdiyinə görə sizin Hökumətə minnətdarlığımı bildirirəm. Dünən mən artıq xarici işlər naziri ilə görüşdüm. Biz bir çox sahələrə aid olan məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu gün mənim digər nazirlərlə görüşmək imkanım olacaq. Bu, aramızda olan əməkdaşlığın real təzahürüdür.

Bu barədə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Azərbaycan Prezidentinə və xalqımıza müharibə qurbanları ilə əlaqədar başsağlığı verən italiyalı qonaq qeyd edib ki, İtaliyada bu müharibəni böyük narahatlıqla izləyirdilər. Çünki dünyanın bu bölgəsini istənilən mənada özümüzə çox yaxın hesab edirik.

“Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq. Məmnunam, Siz də siyasi mövqeyimizi müsbət dəyərləndirdiniz və o, BMT-nin qətnamələrinə, bir sözlə, sənədlərdə yazılanlara əsaslanır. Təbii ki, atəşkəsin imzalanması bizim hamımıza rahatlıq gətirdi. Hesab edirik ki, bu, birinci və ən vacib məsələ idi. Çünki bilirsiniz, qurbanların sayının artmaması hər kəs tərəfindən hər zaman müsbət qarşılanır. Hazırda biz üçtərəfli Bəyanatdakı müddəaların icrasına yardım etməkdə öz imkanlarımızı təmin etməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, bu, bundan sonra görəcəyimiz bütün işlər üçün yaxşı başlanğıc nöqtədir”, - deyə Manlio Di Stefano vurğulayıb.