YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəislərinə general-polkovnik ali hərbi rütbəsi verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova da general-polkovnik ali hərbi rütbəsi verilib.