YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ölkəmizin beynəlxalq miqyasda rolu və nüfuzu davamlı olaraq artır

“Müstəqil Azərbaycanın özünün çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirməsinin, milli maraqlarını tərəfdaş dövlətlərin maraqları ilə məharətlə uzlaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmizin beynəlxalq miqyasda rolu və nüfuzu davamlı olaraq  artır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, bu gün respublikamız dünyada regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasında fəal iştirak edən, eyni zamanda, heç kimin köməyinə ehtiyacı olmayan, öz hesabına yaşayan ləyaqətli dövlət kimi tanınır. Hazırda Azərbaycan eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. O cümlədən ölkəmiz bəhs olunan təşkilatlarda sədrlik fəaliyyətini dünyadakı aktual çağırışlara adekvat quraraq qlobal təhlükələrə qarşı qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan yeni təşəbbüslər irəli sürür. Respublikamız Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksəksəviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Bütövlükdə, Azərbaycanın pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrin miqyası kifayət qədər genişdir.

“Bu baxımdan, respublikamızın Qoşulmama Hərəkatının sədri kimi, BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi də böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, hazırda yeni növ koronavirus pandemiyası bütün dünyanı ağuşuna alıb və ölkələr üçün ciddi təhdidlər yaratmaqdadır. Pandemiya səbəbindən dünya iqtisadiyyatına ciddi ziyan dəyib. Belə bir şəraitdə dünya ölkələrinin həmrəylik göstərmələri qaçılmaz zərurətə çevrilib. Yalnız birgə səylərlə qlobal təhlükənin qarşısını almaq mümkündür. Azərbaycanın irəli sürdüyü təşəbbüs də məhz bu məqsədə xidmət edir”,-deyə millət vəkili vurğulayıb.