YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ölkə Prezidentimiz dünyanı COVID-19- la mübarizədə birliyə, həmrəyliyə səslədi

44 günlük ikinci Qrabağ savaşında qazandığımız böyük Zəfərdən sonra Azərbaycan Qoşulamama Hərəkatının sədri kimi koronavirus pandemiyasına qarş mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təşəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, pandemiyanın misli görünməmiş fəsadlarının dünyada 60 milyondan artıq yoluxmaya, 1 milyondan çox insanın həyatına son qoyduğu bir vaxtda Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirir.

Dövlət Başçımızın müvafiq təşəbbüsünün beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi, dəstəklənməsi, müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın daha bir nümunəsidir. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Qalib ölkənin Qalib Lideri kimi çıxış etdi. Bu da ölkəmizin dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı, öz yeri və rolu olan bir dövlət kimi növbəti təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada 120 dövlət adından çıxışı ölkə Prezidentimizin həyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığının nümayişi kimi dünya siyasətçilərinin diqqətini çəkdi.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri qismində hər zaman Hərəkatın COVID-19 pandemiyasının fəsadları ilə bağlı keçirdiyi narahatlıqları dilə gətirib: “Pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşününin praktiki nəticəsində Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlindi. Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir.

Gözəgörünməz "düşmən"in topsuz-tüfəngsiz hücuma keçdiyi çətin dönəmdə ölkə Prezidentimizin dünya ictimaiyyətinə COVID-19- la mübarizədə birliyə, həmrəyliyə çağırışı da xüsusi razılıqla qarşılanıb: “Beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər”.

2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik missiyasını yerinə yetirən Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir və ümümbəşəri təhdid yaradan koronavirus pandemiyasına qarş mübarizədə dünya xalqlarının səfərbərliyini təmin etmək üçün var qüvvə ilə çalışır.

DİGƏR Xəbərlər Arxiv