YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Müsəlmanları Ruhani İdarəsi: Qarabağda bir çox məscidlər təhqir olunub, donuz tövləsinə çevrilib

Dağlıq Qarabağda təqribən 70 müsəlman məscidinin qayğıya və bərpaya ehtiyacı var.

Bu barədə RİA Novosti agentliyinə Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Damir Muxetdinov bildirib.

O deyib: “Qarabağda bir çox məscidlər təhqir olunub, donuz tövləsinə çevrilib. Kimlərsə divarlarda adlar və ədəbsiz sözlər yazıb”.

D.Muxetdinov əminliyini bildirib ki, Azərbaycan hökuməti həm müsəlman, həm xristian ziyarətgahlarını bərpa edəcək. O vurğulayıb: “Mən Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri ilə görüşmüşəm, onlar Azərbaycan hökumətinin dini siyasətini dəstəklədiklərini ifadə ediblər. Ölkə Prezidenti bütün konfessiyaların məbədlərinə qayğı ilə yanaşır. Dövlət bu müqəddəs yerlərin bərpasına vəsait ayırır”.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi müxtəlif ziyarətgahların hansı dinin nümayəndələrinə mənsub olmasından asılı olmayaraq, onların hamısını qoruyub saxlamağa çağırıb. O deyib: “Biz həmişə bu abidələrin qorunub saxlanmasına səslənəcəyik. Biz orada ibadət mərasimləri keçirilməsinin, Allaha dualar edilməsinin və quruculuğa çağırışların tərəfdarıyıq. Bu məbədlərin konfessional mənsubluğu qorunub saxlanmalıdır”.