YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı Vətən müharibəsində misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi daşıyır. Zəfər Gününü noyabrın 10-da qeyd etmək Azərbaycanın halal haqqıdır. Lakin Prezident İlham Əliyevin noyabrın 10-nun Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq Zəfər Gününün tarixini dəyişdirməsi olduqca təqdirəlayiq bir addımdır.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.

Atatürkün şəxsiyyətinə Azərbaycanda hər zaman ehtiram göstərildiyini söyləyən Hulusi Kılıç deyib ki, ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürk əbədi olaraq insanların qəlbində yaşayan böyük şəxsiyyətlər olub. Hər iki şəxsiyyət Azərbaycan və Türkiyə naminə tarixi missiyalar həyata keçiriblər. Atatürkün Azərbaycan haqqında, Heydər Əliyevin Atatürk barədə dediyi sözlər tarixi əhəmiyyət daşıyır. “Əminəm ki, Prezident İlham Əliyevin bu müdrik qərarı Azərbaycan-Türkiyə münasibətlərini araşdıran tədqiqatçılar üçün də çox yaxşı mövzu olacaq”, - deyə o qeyd edib.

Səfir əminliklə bildirib ki, 8 noyabr - Zəfər Günü