YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: ABŞ və digər həmsədr dövlətlər vəziyyəti dəyişməyə yönəlik nəticələrə gətirib çıxarmaq üçün fəaliyyət sərgiləməlidirlər

«Azərbaycanda son günlər ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin ünvanına səslənən tənqidi məqamlar onu məcbur edib ki, şəxsi mövqeyini, düşüncələrini ifadə etməkdən daha çox təmsil etdiyi dövlətin rəsmi mövqeyini açıqlasın». Bu fikri Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsiplə bağlı Azərbaycan dövlətinin öz mövqeyi var. Bu mövqe danışıqlar prosesində və mümkün olan həddə qədər mətbuata açıqlamalarda ifadə olunub. Onun sözlərinə görə, ABŞ və digər həmsədr dövlətlər, onların nümayəndələri münaqişə ilə bağlı xüsusi mövqelərini açıqlamaq və vəziyyətin durumunu təsvir etmək yox, vəziyyəti dəyişməyə yönəlik nəticələrə gətirib çıxarmaq üçün fəaliyyət sərgiləməlidirlər.

«ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsipdə Azərbaycanı qane etməyən məsələlər olsa belə, bu prinsiplərin reallaşdırılması üçün ABŞ həmsədr dövlət kimi həm özü, həm də digər həmsədr dövlətləri status-kvonun dəyişməzliyinin qəbul olunmazlığı, yaranmış mövcud vəziyyətin qəbuledilməz, qeyri-sabit olduğunu ifadə etmək yox, vəziyyəti dəyişmək üçün ciddi fəaliyyətə keçməyin vacib olduğuna inandıra bilsə və bu istiqamətdə fəaliyyət göstərsə, həmin fəaliyyətə dair fikirlərimizi ifadə edə bilərik»- deyə, vitse-spiker vurğulayıb.