YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı

Azərbaycan işğal altındakı torpaqları düşməndən azad edərək dövlətçilik tarixində şanlı zəfər səhifəsi yazdı.

Bu fikirləri  Türkiyə ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Əldə olunan qələbənin mühüm tarixi nailiyyət kimi dəyərləndirən general Yücel Karauz deyib ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin əsas hissəsi arasında əlaqələrin qurulması bir tərəfdən 28 illik işğalın sonu deməkdirsə, digər tərəfdən isə böyük bir problemin həlli olunmasıdır.

Möhtəşəm zəfərlə bağlı səmimi hislərini bölüşən general Yücel Karauz deyib: “Azərbaycanın ən böyük qazancı insanların öz xalqına, millətinə, vətəninə və Ali Baş Komandanına bağlılığıdır”.