YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İshaq Cahangiri: İran Qarabağın bərpasında iştirak etməyə hazırdır

İran Qarabağın bərpasında iştirak etməyə hazırdır.

Bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatda keçirilən toplantısında İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

O bildirib ki, İran özünün iqtisadi imkanlarından istifadə edərək energetika və tranzit sahəsində yenidənqurma və bərpa işlərində iştirak edə bilər.

Vitse-prezident onu da diqqətə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrə müəlliflik edir. Bu layihələrdən təkcə İran ilə Azərbaycan deyil, regionun bütün dövlətləri faydalana bilər.