YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Yeni Azərbaycan Partiyası mübarizlər partiyasıdır

"Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı". Bu fikirləri YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

 Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalaşan YAP-ın 28 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradan, bu partiyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. "Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir", – deyə A.Hüseynov əlavə edib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük inkişaf yolu keçdiyini deyən millət vəkili YAP-ın Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu da diqqətə çatdırıb. "Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 760 min nəfərdən çox üzvü olan partiyamız ötən 28 ildə çətin və şərəfli yol keçib.  Bu gün isə YAP özünün ən yüksək inkişaf səviyyəsindədir. Bir məqamı qeyd etmək istəyirəm ki, partiyamızın yaradılmasının 28-ci ildönümünü törpaqlarımızın işğaldan azad edilməsi qələbəsi ilə yanaşı qeyd edirik. Bu hadisə partiyamızın tarixində də unudulmaz hadisədir. Onu da qeyd edim ki, partiyamızın Sədri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanmış Vətən müharibəsində partiyamızın çoxsaylı üzvləri də iştirak ediblər. Onların arasında şəhid olanlar da var. Biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu fakt bir daha onu göstərir ki, YAP mübarizlər partiyasıdır", – deyə A.Hüseynov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv