YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Şəhidlər Ölməz, Vətən Bölüməz” adlı layihənin təqdimatı keçirilib

Azərbaycan Respublikası Səfərbərlik və Xidmətə Çağırış Üzrə Dövlət Xidməti,YAP Yasamal Rayon təşkilatı və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin birgə təşkilatçılığı ilə YAP Yasamal rayon təşkilatında “Şəhidlər Ölməz, Vətən Bölüməz” adlı layihənin təqdimatı keçirilib.

Layihənin təqdimatında çıxış edən  YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov tədbir iştirakçılarını böyük qələbə münasibətilə təbrik edib,torpaqlarımızın azadlığı uğrunda döyüşən və şəhid olan igidlərimizin ailə üzvlərinə başsağlığı verib və şəhidlərin daim Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Daha sonra tədbirdə iştirak edən şəhidlər ailələrinin üzvlərinə, rəssam,Qarabağ müharibəsi veteranı Şəmsəddin Böyükdüzlü tərəfindən çəkilən şəhidlərimizin rəsm əsərləri hədiyyə olunub.