YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı İdarə Heyətinin Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə onlayn iclası keçirilib

Bu gün  YAP Xəzər rayon təşkilatı İdarə Heyətinin Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə onlayn iclası keçirilmişdir.

İclası giriş nitqi ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir. Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin ən təlatümlü zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılmışdı. Təsis edilməsinin 28-ci ildönümünü partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında – işğal edilmiş torpaqlarımızın azad edildiyi dövrdə qeyd edir. Yeni Azərbaycan Partiyasının builki ildönümü onun ən şərəfli, yaddaqalan ad günü olacaqdır.

İclasda YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik etmiş iki dahi şəxsiyyətin – Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub.