YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP gəncləri Niderland parlamentinin qərəzli qətnamələrinə etiraz olaraq virtual aksiya keçirib

Məlum olduğu kimi, 17 noyabr tarixində Niderland Parlamentinin Nümayəndələr Palatası çərçivəsində keçirilmiş səsvermələr nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihələri qəbul edilib. Həmin qətnamə layihələri qərəzli xarakter daşıdığından reallığın dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə Yeni Azərbaycan Partiyasının gəncləri virtual etiraz aksiyası keçirdilər.

Gənclər sosial şəbəkənin twitter, facebook, instagram və telegram seqmentləri üzərindən hazırladıqları posterləri, ingilis dilində yazılmış statusları, tvitləri qəbul edilmiş qətnamə layihələrinin müəlliflərini tag etməklə geniş şəkildə yayıblar. Eyni zamanda, həmin deputatların e-mail ünvanlarına etiraz mətnlərini, Ermənistanın Xocalı soyqırımını, Gəncə və Bərdə terrorlarını törətməsini sübut edən faktları, foto və posterləri göndəriblər.

Gənclər Niderland Parlamentinin üzvlərini Azərbaycanın tarixi torpaqlarını işğal etmiş, uşaqları, qadınları və yaşlıları qətlə yetirmiş, soyqırımı törətmiş, azərbaycanlı sivillərə qarşı qadağan olunmuş ağ fosforlu, kasetli bombalardan, ballistik raketlərdən istifadə etmiş Ermənistanı dəstəkləməməyə, bu ölkəyə qarşı törədilmiş müharibə cinayətlərinə görə sanksiyalar tətbiq etməyə səsləyiblər.

 

DİGƏR Xəbərlər Arxiv