YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşalı qız: Mən artıq qaçqın, köçkün deyiləm. Bizim ailəmiz babalarımın evinə qayıdır

Mən Şuşadanam. Artıq azad Şuşadan. Azad Qarabağdanam. Bir neçə ay əvvəl burada çıxış edərkən təsəvvürümə belə gətirə bilməzdim ki, Vətənə qovuşmaq və Şuşanı görmək bu qədər yaxın olacaq. Bilirsiniz bu necə hissdir?

Bu fikirləri şuşalı qız Əsra Məmmədli Milli Məclisin tribunasından səsləndirib. Keçirdiyi hissləri dilə gətirən Əsra deyib: Mən artıq qaçqın deyiləm. Mən köçkün deyiləm. Mən evimizə qayıdıram. Bizim ailəmiz babalarımın evinə qayıdır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Qarabağ bizi gözləyir. Çünki Qarabağ Azərbaycandır.

Əsranın bu sözləri təkcə onun özünün, ailəsinin, Şuşa camaatının deyil, eyni taleyi yaşayan bütün məcburi köçkünlərin, xalqımızın keçirdiyi sevinc və qürur hisslərinin ifadəsidir. Otuz ilə yaxındır ağır yük kimi daşıdığımız məcburi köçkün adı yüz minlərlə soydaşımızın çiyinlərindən götürülüb. Azərbaycan əsgəri, Azərbaycan xalqı qanı və canı bahasına öz torpağına sahib çıxıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə rəşadətli Ordumuz bütün məcburi köçkünləri doğma yurdlarına qovuşdurub. Bizim bayrağımız artıq Şuşada, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə və azad olunmuş bütün torpaqlarımızda dalğalanır.