YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılmışdır

Ermənistanın terrorçu dəstələri  tərəfindən yaşayış məntəqələrimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə qayğı göstərilməsi, yardım edilməsi  Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. 

Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi günlər ərzində “Birlikdə güclüyük” kampaniyası çərçivəsində erməni faşistlərinin hədəfinə çevrilmiş Gəncədə və Azərbaycanın  digər şəhər və kəndlərində  həyata keçirdiyi  humanitar layihə  bu gün də davam etməkdədir.

YAP nümayəndələri ötən həftə Bərdə şəhərinə səfər etmişdir. Partiyanın təmsilçiləri şəhərin raket hücumuna məruz qalması nəticəsində evləri dağılmış ailələri ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdılar.

Bu gün isə Yeni Azərbaycan Partiyası tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılmışdır. Partiyanın bu yardımı erməni vandalizminin qurbanına çevrilmiş, erməni təxribatı nəticəsində evləri dağılmış, eləcə də həlak olmuş vətəndaşlarımızın ailələrinə təqdim edilmişdir.  

Görüşlərdə iştirak edən Bərdə sakinləri Ali Baş Komandanımız, Prezident İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Qələbədən qürur duyduqlarını bildirmişlər.