YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Kılıç: Qəhrəman əsgərlərimizin cəbhədə qazandığı Qələbə can Azərbaycanın gücünə güc qatdı

Azərbaycan şanlı bir zəfərlə onillikləri əhatə edən “yenilməz erməni” mifini darmadağın edib öz torpaqlarına torpağına döndü. Qəhrəman əsgərlərimiz cəbhədə qazandığı Qələbə ilə siyasi və diplomatik masada can Azərbaycanın gücünə güc qatdı. Türkiyənin atəşkəs missiyasında tərəf olması hər iki qardaş ölkənin strateji maraqlarını tamamladı. Bütün bu uğurlara görə Ali Baş Komandan, Prezident İlham Əliyevin timsalında bütün hərbçilərimizi, şəhid və qazilərimizin ailələrini təbrik edir və onlara təşəkkürümü ifadə edirəm.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Azərbaycana bağlı bütün işlərə eynilə öz vətəninin və xalqının məsələsi kimi yanaşdığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Azərbaycan əsgəri 44 günlük savaşda qanı, canı və sağlamlığı bahasına bizlərə bu şərəfli qalibiyyəti qazandırdı. Nəticəyə görə, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, qaçqın və məcburi köçkünlər öz yurdlarına dönür, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqələri bərpa olunur. Lakin bunların hamısından əsas odur ki, Prezident İlham Əliyevinin qətiyyəti və düzgün siyasəti nəticəsində qürurumuzun öz yerini almasıdır. Azərbaycan xalqı hər zaman qürurlu və şücaətli olub. Lakin işğal faktı milli kimliyimizin üstünə ləkə salmışdı. Bu ləkənin təmizlənməsi istiqamətində göstərilən şücaətin dəyərini tarix daha düzgün verəcək”.

Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə inkişaf dinamikasında olduğunu diqqətə çatdıran diplomat bildirib: “Türkiyənin atəşkəs prosesində Rusiya ilə bərabər iştirak etməsi rəsmi Ankara ilə Bakının regional proseslərə birgə təsirini gücləndirəcək. Ən yaxın zamanlarda Azərbaycan və Türkiyən liderliyi ilə yeni beynəlxalq iqtisadi layihələrin şahidi ola bilərik. Ən əsası, Azərbaycan rəşadətli hərbi qələbəsi ilə bölgəyə sülh, inkişaf və tərəqqi bəxş etdi”.