YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır

“Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadınlara, uşaqlara çatır və bu səbəbdən də xaincəsinə mülki əhalini hədəf seçir. Onların məqsədli şəkildə Gəncəyə, Bərdəyə, Tərtərə və başqa yaşayış məntəqələrinə beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə hücum etməsi də dövlət səviyyəsində həyata keçirdikləri terrorun göstəricisidir. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu Gəncənin də, Bərdənin də qisasını yerdə qoymur, düşmənə ağır zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, tarixə ləkə kimi düşən bu faciələrə görə Ermənistan məsuliyyətdən boyun qaçıra bilməyəcək və bu gün işğal altında olan ərazilər azad olunduğu kimi gün gələcək bu müharibə cinayətlərini törədənlər də hərbi tribullarda əməllərinə görə cavab verəcək: “Tarixdə heç bir hərbi və beynəlxalq cinayət cəzasız qalmır. Biz bunun tarixi və əyani sübutları ilə dəfələrlə qarşılaşmışıq. Məsələn, 1945-ci ildə hərbi cinayətkarların mühakiməsi üçün Nürnberq Beynəlxalq Hərbi Tribunalı təsis edilmişdi. 1946-cı ildə Uzaq Şərq üçün Beynəlxalq Tokio Hərbi Tribunal yaradılmışdı. Eləcə də, 1993-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı təsis edilmişdi. Həmçinin, 1994-cü ildə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı yaradıldı. Bütün bu tribunallarda əhalinin məhv edilməsi, kütləvi edamı və ya soyqırıma məruz qalmasında təqsiri olanlar cəzalandırıldılar. Əlbəttə ki, Azərbaycan xalqı da Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən kütləvi qətlə və soyqırımına məruz qalıb. Bu gün də Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkir. Təkcə sentyabrın 27-dən başlanan hərbi əməliyyatda ermənilərin hərbi zonadan kənarda yerləşən yaşayış məntəqələrinə ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla hücum etməsi nəticəsində 91 nəfər dinc sakin həlak olub, o cümlədən 1 körpə, 10 uşaq, 27 qadın qətlə yetirilib. Müasir dövrdə bu cür cinayətlərə susmaq ən böyük ədalətsizlik və qətliam törədən faşistlərin daha da həvəsləndirilməsi olar. Ona görə də, 75 il öncə nasistlərin törətdiyi cinayətlər cəzasız qalmadığı kimi onların xələfləri olan erməni faşistlərinin də hərbi cinayətləri cəzasız qalmamalıdır”.

Sədaqət Vəliyeva diqqətə çatıdırıb ki, dünya Ermənistanın siyasi-hərbi rəhbərliyinin Qarabağa terrorçuları gətirməsinə, Azərbaycana qarşı vuruşdurmasına susmamalı, erməni faşistlərinin bu əməlləri də cəzasız qalmamalıdır: “Qarabağda hərbi əməliyyatların başlandığı ilk günlərdə bəzi dövlətlərin başçıları və mediaları Azərbaycanı və Türkiyəni ittiham edirdilər. Lakin sonradan üzə çıxan faktlar bir daha isbatladı ki, Azərbaycan muzdlulardan istfadə etmir, əksinə Ermənistan Qarabağda terror yuvası salıb. Muzdluların və yaraqlıların Ermənistan ordusunda vuruşması, əcnəbi vətəndaşların orduya cəlb edilməsi və Qarabağa göndərilməsi demək olar ki, adi hal alıb. Lakin Azərbaycanı və Türkiyəni ittiham edən ölkələr, medialar bu dəfə susmağa üstünlük verdilər. Niyə? Bu qədər ikilistandartlar nə üçündür? Bir halda ki, Azərbaycan nəinki regionu, hətta dünyanı faşizm bəlasından xilas edir, niyə ölkəmizə qarşı ədalətsizlik olmalıdır? Axı, sabah bu faşistlər başqa təxribatlar da törədə bilərlər. O zaman məsuliyyət kimin üzərində olacaq? Ona görə də, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cür beynəlxalq cinayətlərinə görə də cəzasını almalıdır”.