YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: İşğalçı Ermənistan hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirib

“İllərdir ki, Ermənistan Azərbaycana qarşı davamlı və məqsədyönlü şəkildə təxribatlar törədir. Təbii ki, bu təxribatların cavabı lazımi şəkildə verilir. Faşist rejimli Ermənistan hər dəfə atəşkəs rejimini pozmuş, bizim digər rayonlarımızı artilleriya atəşinə tutmuş, günahsız mülki vətəndaşlarımızı qətlə yetirmişdir. Biz daim düşmənə cavabımızı döyüş meydanında vermişik və veririk”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycan daim sülh planına sadiq olub. Təəssüflər olsun ki, Ermənistan tərəfi sülhə qarşı olduğu kimi, danışıqlar masasında da bütün cəhdləri vasitəçiləri və bizi aldatmaq olmuşdur. Elə buna görə də illərdir davam edən danışıqlar heç bir nəticə verməmişdir. Azad edilmiş torpaqlarımızda qurulmuş istehkam qurğularıda onu göstərir ki, onların bu əraziləri tərk etmək niyyətləri olmayıb.

“Biz hal-hazırda hücumdan çox, özümüzü müdafiə edirik. Nə qədər müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik. Bunun üçün bizim kifayət qədər ordumuz, silah-sursatımız var və bunlarıda döyüş meydanında istifadə edirik. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkələr siahısındadır. Onların büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Buna baxmayaraq belə Azərbaycan bütün gücü ilə öz torpaqlarını işğaldan azad edir. Biz haqq savaşındayıq. İşğalda olan şəhərlərimizi, kəndlərimizi bir-bir azad edir orada öz bayrağımızı ucaldırıq. Bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. 27 ildir BMT-nin Təhlükəsizlik Şurasının verdiyi qətnamələrə hələ də əməl olunmayıb. Lakin biz özümüz bu ədaləti bərpa edir, kağız üzərində qalan qətnamələri icra edirik. Azərbaycan istənilən halda öz torpaqlarını düşməndən azad edəcək”-deyə, deputat qeyd edib.