YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Livan erməniləri kütləvi şəkildə muzdlular qismində döyüşlərə cəlb olunur

Livan erməniləri kütləvi şəkildə muzdlular qismində Azərbaycana qarşı döyüşlərə cəlb olunur.

Bu barədə məlumat “Reuters” agentliyinin yaydığı məqalədə yer alıb.

Məqalədə deyilir ki, Livandakı maliyyə böhranı Vartkes adlı ermənini bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşəcəyini ağlına gətirmirdi.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi diaspordan bir çoxunun (dəqiq rəqəm göstərmədən) döyüşlərə getmək üçün müraciət etdiyini söyləyib. Yerli təlimatçı deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə erməni döyüş təlimi keçmək üçün Ermənistana gəlib.

Dünyanın ən böyük erməni icmalarından biri – təxminən 140 min erməni mənşəli toplum Livanda hökm sürən maliyyə böhranına baxmayaraq, pul toplayıb Ermənistana yardım göndərib.

Yerevanda yerli və xarici könüllülərin təlimi ilə məşğul olan Karapet Agacanyan “Reuters” agentliyinə onun düşərgəsində təxminən 10 Livan ermənisinin təlim keçdiyini söyləyib. Onun sözlərinə görə, sentyabrın sonunda döyüşlər başlayanda onlar cəbhə bölgəsinə getmək üçün Beyrutdan gəliblər. Çoxsaylı erməni əsilli livanlılar döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan İrəvana gedirdilər. Livandakı iqtisadi böhran və bunun ardınca avqust ayında Beyrut limanında təxminən 200 insanın ölümü ilə nəticələnən partlayış miqrasiyanı gücləndirdi.

Erməni İnqilab Federasiyası partiyasının rəhbəri, livanlı deputat Hagop Pakradounyan Livandan könüllüləri qeydiyyata alan və göndərən hər hansı bir təşkilatın olmadığını söyləyib. O deyib ki, qeydiyyatdan keçmək üçün Beyrutdan təxminən 20 nəfər gəlib. Kiminsə döyüşdə iştirak etmək üçün çağırılıb-çağırılmadığı aydın deyildi.

Qeyd edək ki, Livanın Ancar şəhərindən gələrək müharibədə iştirak edən muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan döyüşdə məhv edilib. Məqalədə bu barədə də məlumat verilib.