YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Son hadisələr Ermənistanın Rusiyanın forpostu olduğunu bir daha sübut etdi

«Son hadisələr Ermənistanın Rusiyanın forpostu olduğunu bir daha sübut etdi». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Ermənistan daim Rusiyanın nökəri rolunda çıxış edib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiyanın oyuncaq bir rejimi olduğundan istər Sarkisyan istərsə də hökumətdə olanlar hər an Rusiyanın çaldığı havanı oynamağa hazırdır.

«Rus hərbçisi tərəfindən ermənilərin öldürülməsi hadisələri bunu təsdiqlədi. Rusiyada və eləcə də Ermənistanda sözügedən məsələyə qarşı xalqın etirazı baş qaldırdığından Sarkisyan Rusiya ilə gizli sövdələşmə qurmağa məcbur olacaq. Belə ki, istintaqı Ermənistan aparsa da, istintaqın gedişatında Rusiyanın bütün fikirləri hörmətlə dinləniləcəyinə dair sövdələşmə qaçılmazdır. Buna nail ola bilməsə xalqın etirazı dayanmayacaq. Bu yalnız xalq etirazını yatızdırmağa hesablana biləcək addımdır. Çünki Sarkisyanda dövlətinin maraqlarından çxış edərək Rusiya hökumətinə qarşı çıxacaq cəsarət yoxdur»- deyə, deputat qeyd edib.