YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: 30 il müddət ərzində Minsk qrupu çərçivəsində problemin diplomatik yolla həllinə çalışılsa da, Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir

 “Sizin bu günlərdə Azərbaycanın öz ərazi bütövlüyünə verdiyiniz siyasi dəstək və Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi raket hücumunu pisləməniz Azərbaycan xalqı tərəfindən çox razılıqla qarşılandı. Bir deputat, bir azərbaycanlı olaraq Sizə bu obyektiv mövqeyinizə görə öz dərin təşəkkürümü bildirirəm”. Bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Paraqvay Respublikası Milli Senatının senatoru cənab Xuan Bortolome Ramires Brizuelaya ünvanladığı məktubda bildirib.

A.Mirzəzadə qeyd edib ki, Ermənistan ötən əsrin 90-cı illərində SSRİ dağılan dövrdə Azərbaycandakı mürəkkəb daxili vəziyyətdən istifadə edərək ölkəmizin 20 faiz torpağını işğal etdi və orada oyuncaq rejim yaratdı. İşğal edilmiş torpaqlardan 1,2 milyon azərbaycanlı qovuldu. Həmin dövrdə o bir gecədə kiçik Xocalı şəhərində silahsız 613 nəfər insanı qətlə yetirdi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insan idi. Xocalıdan 8 ailə isə tamamilə məhv edildi. Həmin hadisə dünya tarixinə Xocalı qətliamı kimi düşdü və bu gün onun adı Xolokost, Xatın, Sonqmi və Srebrinitsa qətliamları ilə yanaşı çəkilir.

Ötən 30 il müddət ərzində ATƏT-in Minsk qrupu çərçivəsində problemin diplomatik yolla həllinə çalışılsa da Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Bu azmış kimi o daima cəbhəyanı xətt boyunca mülki obyektlərə qarşı hərbi təxribatlar törədir, dağıdıcı silahlardan atılan atəşlə dinc əhalinin evlərini dağıdır.

Məktubda bildiirlir ki, bu ilin sentyabrın 27-də Azərbaycan Ermənistan tərəfindən növbəti hərbi provokasıyanı dəf edərək, əks hücuma keçdi və artıq ötən müddətdə ölkəmizin ərazilərinin bir hissəsi işğaldan azad olunub. İşğalçı Ermənistan cəbhə xətindən uzaq olan Azərbaycan yaşayış məntəqələrini atəşə tutur. Bu hücumlardan indiyə qədər xeyli sayda mülki şəxs həlak olub və yaralanıb.

“Sizin Azərbaycanın haqq işinə, ürəkağrıdıcı Gəncə faciəsinə həssaslıqla yanaşmanız Paraqvay cəmiyyətində hüququn, ədalətin və insanlıq dəyələrinin yüksək oduğunu göstərir. Azərbaycanda Paraqvayı böyük tarixi və zəngin mədəniyyəti, dünya sivilizasiyasına Xosefina Plo kimi şairə, Auqusto Roa Bastos kimi yazıçı və Aqustin Pio Barrios (Manqore) kimi qitarist və bəstəkar vermis bir ölkə kimi tanıyırlar. Sizi sizin üçün münasib vaxtda Azərbaycana dostluq səfərinə dəvət edirəm. İnanıram bu səfər Sizdə xoş xatirələr yaradacaqdır. Eyni zamanda Sizi Paraqvay Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri kimi görmək istərdim”-deyə, A.Mirzəzadə məktubda qeyd edib.