YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kansler Angela Merkel: Azərbaycan bizim üçün əhəmiyyəti artan tərəfdaşdır

“Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.” Bu fikirləri Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuat konfransında səsləndirib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunan Angela Merkel bildirmişdir ki, Almaniya münaqişənin həllində vasitəçi olmaq istəyir: “Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək.
Eyni zamanda, biz Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə yaxşı olar ki, sülh yolu ilə aradan qaldırılsın. Bu mənada hər iki dövlət səylərini göstərməlidir və düşünürəm ki, Sizin səfəriniz, bu mənada töhfəsini verəcək.”