Xəbərlər
Cəmil Çiçək: Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək
Türkiyə Azərbaycanı dəstəkləyib və dəstəkləməyə də davam edəcək. Bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib. /Trend/
Onun sözlərinə görə, bütün müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinə köklənməlidirlər: "Cənubi Qafqazda həll edilməli olan problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir".
C.Çiçək qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və nəticədə 1 milyondan çox qaçqının olmasına baxmayaraq, dünya ictimaiyyəti bu problemə biganə yanaşır.