YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ABŞ-dakı səfiri “The New York Times” qəzetinin redaksiyasını məcburi köçkünlərin ehtiyaclarının müzakirəsinə daha çox diqqət yetirməyə çağırıb

“The New York Times” qəzeti bu nəşrin 12 yanvar tarixli nömrəsində dərc olunmuş, Azərbaycana qarşı qərəzli mövqedən yazılmış məqaləyə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun cavab şərhini dərc edib.
Diplomat yazır: “Redaksiya [qəzetin redaksiyası] Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsini vurğulayır, lakin eyni zamanda bu nəşr Avrasiyada dəyişməkdə olan reallıqları o qədər də etiraf etmədiyini nümayiş etdirir”.
Səfir soruşur: “Məgər Amerikanın tərəfdaşları Vaşinqtonla öz münasibətlərini sizin istinad etdiyiniz mənbədən - “WikiLeaks” saytından alınan informasiya əsasında qurmalıdırlarmı? Bəlkə onlar Amerikanın mövqeyinin ölkə hüdudlarından kənardakı təsəvvürlərdən fərqli olduğu ayrı-ayrı halları əsas götürməlidirlər? Əgər belədirsə, onda bu cür müzakirələr səmərəsiz qarşılıqlı ittihamlara aparıb çıxaracaq”.
E.Süleymanov daha sonra yazır ki, müsbət məqamların nəzərdən keçirilməsi və Azərbaycanın Qarabağ regionunun ermənilər tərəfindən işğal edilməsinin qurbanları olmuş yüz minlərlə məcburi köçkünün humanitar ehtiyaclarının müzakirəsi bu məsələyə daha səmərəli yanaşma olardı.
Diplomat sonda vurğulayır: “Bu, Amerika dəyərlərinə və onun maraqlarına daha uyğun olardı”.