YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası keçirilir

Yanvarın 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı keçirilən sessiyada Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edir.
Sessiya “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Milli Məclisin sədri Oqtay Əsədovun sessiyada çıxışı nəzərdə tutulub.