YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 17,2 milyard manat vəsait daxil olub

Ötən ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 17,2 milyard manat vəsait daxil olub. Büdcədən müxtəlif sosial və iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 15,1 milyard manat xərclənib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, büdcənin icrasında yaranmış 2,1 milyard manat profisit ümumi daxili məhsulun 3,9 faizini təşkil edib. Daxilolmaların 16,3 faizi əlavə dəyər vergisi, 12,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 3,8 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,7 faizi digər vergilər, 54,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 6,1 milyard manatı (40,5 faiz) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,8 milyard manatı (11,8 faiz) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,2 milyard manatı (8 faiz) təhsilin, 552,7 milyon manatı (3,7 faiz) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.