YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Xarici İşlər naziri Azərbaycan xalqını təbrik edib

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycan xalqını 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Nazirin rəsmi "Twitter" hesabında paylaşdığı təbrikdə deyilir: “Azərbaycanın Dövlət Müstəqilliyinin elan edilməsinin 29-cu ili tamam olur. Bu münasibətlə Azərbaycan rəhbərliyini və xalqını ürəkdən təbrik edirəm. Ümidvaram ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq və nümunəvi münasibətlərimiz bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək”.