YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri böyük əhəmiyyət daşıyır

«Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri böyük əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, dövlətimizin başçısı Türkiyədə çox yüksək səviyyədə qarşılanıb və keçirilən görüşlər də geniş mövzuları əhatə edib. Onun sözlərinə görə, bu səfər Azərbaycan və Türkiyə arasında qardaşlığın parlaq nümunəsidir.

«Səfər zamanı dövlət rəhbərləri çox vacib məsələləri müzakirə etdilər. Dünyanın qloballaşdığı bir şəraitdə regionumuzda da ciddi proseslər gedir. Təbii ki, bu məsələdə Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi, bölgədə maraqlarımızın qorunması baxımından birgə addımlar atması mühüm amildir. Nəzərə alsaq ki, hər iki dövlət dünya, Avropa  üçün birgə qlobal layihələr həyata keçirirlər, onda bizim proseslərə təsir imkanlarımız da artır. Bu mənada Prezidentimiz səfəri zamanı aparılan müzakirələr, imzalanan sənədlər böyük əhəmiyyət kəsb edir»- deyə, N.Cəfərov vurğulayıb.