YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Bakı 2015 Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə davam etdirilir

“Bakı 2015 Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə davam etdirilir. Bütün idman qurğularında işlər cədvəl üzrə gedir”. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, nüfuzlu idman tədbiri ilə əlaqədar infrastruktur layihələrinin icrası uğurla davam edir. Onun sözlərinə görə, artıq Bakı Olimpiya Stadionunun işləri başa çatmaq üzrədir.

«Bakı Olimpiya Stadionunda 93-95 faiz işlər yekunlaşıb. Ətrafda abadlıq işləri aparılır. “Bakı Olimpiya Stadionu Birinci Avropa Oyunları zamanı istifadə olunacaq idman qurğuları arasında yeganə idman obyektidir ki, burada test yarışları keçirilməyəcək. Su idman növləri üçün nəzərdə tutulmuş layihənin icrası da cədvəl üzrə  üzrə davam etdirilir. Hətta bəzi hallarda müəyyənləşdirilmiş cədvəl də qabaqlanır. Hər-hansı bir gecikmə gözlənilmir və heç bir çətinlik yoxdur. Tədbirin büdcəsinə gəlincə, bu, iki hissədən ibarətdir. Birinci hissə  2018-ci ilə qədər təsdiq olunmunş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkincisi isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat büdcəsidir. Buraya maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir»- deyə, nazir vurğulayıb.