YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin Minskdəki iqamətgahında 2015-ci ildə təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət haqqında XİN-lərarası məsləhətləşmələr keçiriləcək

Yanvarın 27-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki iqamətgahının mətbuat xidmətindən məlumat veriblər.
Öz növbəsində yanvarın 28-29-da elə orada, İcraiyyə Komitəsində “2015-ci ildə təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” XİN-lərarası məsləhətləşmələr keçiriləcək.
İclasda MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.
Birliyin iştirakçısı olan dövlətlərin xarici siyasət idarələrində MDB problemləri ilə məşğul olan qurumların rəhbərləri əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək, 2014-cü ildə Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının həyata keçirilməsi barədə məlumatı dinləyəcək və 2015-ci il üçün eyni plan müəyyən edəcəklər.
Qazaxıstan tərəfinin məsləhətləşmələrin iştirakçılarına cari ildə MDB-də öz sədrlik konsepsiyası barədə məlumat verəcəyi gözlənilir.